Uruqvayın keçmiş diktatoru Qreqorio Alvares 91 yaşında ürək tutmasından dünyasını dəyişib. 
"El Obsevador” nəşri xəbər verir ki, Alvares müxalifətçilərin qətli ittihamı ilə cəza çəkdiyi həbsxanada ölüb.
Qreqorio Alvares 1981-ci ildən 1984-cü ilə qədər Uruqvayın prezidenti və ölkədə 12 il hökm sürən diktaturanın 1973-cü il dövlət çevrilişindən sonra qurulmasının əsas iştirakçılarından biri olub.
2009-cu ildə 25 il müddətinə həbs cəzası alıb./virtualaz.org/

MediaFax
 
												
						 
                                         
                                         
					
								 
	
								 
	
								