“Yeganə məyus olduğum məqam...” – Daniel Subotiç

"Qəbələ”nin hücumçusu Daniel Subotiç Azərbaycan kubokunun yarımfinal ilk oyununda qalib gəldikləri "İnter”lə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun necə keçdi?

- Bugünkü çıxışımızdan çox razıyam. Yeganə məyus olduğum məqam daha çox qol vura bilməməyimizdir. Xüsusilə də ikinci hissədə bir xeyli imkanımız oldu. "Neftçi”yə məğlubiyyət və AZAL-la heç-heçədən sonra mütləq qalib gəlməli idik.

 

- İlk penalti epizodunda topu Ozobiç götürsə də, zərbəni siz vurdunuz...

- Orda heç bir problem yox idi. Qərara gəldik ki, əgər ikinci penalti olsa, o, vuracaq. Gördüyünüz kimi, elə də oldu. Biz dostuq və aramızda hansısa anlaşmazlıq ola bilməz.

 

- Son oyundan sonra nə dəyişdi ki, komanda qələbə qazandı?

- AZAL-a qarşı pis oynamamışdıq. Sadəcə qol vura bilməmişdik.

 

- "Qəbələ”ni artıq finalda hesab etmək olar?

- Kubok oyunları xüsusi xarakterli olur. "İnter”in təslim olduğunu düşünmürəm. Təbii ki, növbəti oyunda da qalib gəlməyə çalışacağıq. Finala çıxmaq üçün yaxşı şanslarımız var.

 

- Bəs finala çıxsanız, kimlə oynamaq istərdiniz?

- Bu, o qədər də vacib deyil. "Qəbələ” Azərbaycanın ən güclü komandasıdı. "Neftçi” olsun, ya "Qarabağ” bizim üçün heç bir fərqi yoxdu.



Vacib.İnfo