Stallonedən erməni yalanına dəstək: "Uzun illərdir ki, bu mövzu məni maraqlandırırdı, həqiqətən də tarixi dramdır”

Məşhur Hollivud aktyoru Silvester Stallone qondarma erməni soyqırımından bəhs edən "Vəd” ("Promise”) filmini dəstəkləyib.

Vacib.İnfo Axar.az-a istinadən xəbər verir ki, 70 yaşlı aktyor film haqqında özünün İnstaqram səhifəsində yazıb:

"Aprelin 21-də bu gözəl filmin təqdimatı olacaq. Uzun illərdir ki, bu mövzu məni maraqlandırırdı. Belə bir filmi çəkmək və onu böyük səhnəyə gətirmək üçün onilliklər lazım idi. Bu, həqiqətən də tarixi dramdır”.



Vacib.İnfo